• Bakı 27° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

MSK sədri: Seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır

SİYASƏT

02 Iyul 2024 | 17:08

MSK sədri: Seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır

Seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır. Seçkilər zamanı müşahidəçilərə maneçilik yaradan hal olmamalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdəki və Naxçıvandakı seçki məntəqələri xüsusi diqqətdə saxlanılmalıdır:

"Seçki məntəqələrinin təchizatı tam olmalıdır. Məndə olan məlumata görə, Naxçıvandakı seçki məntəqələrində mebel və s. məsələlərlə bağlı qıtlıq var. Naxçıvanın yeni rəhbərliyi ilə də bu barədə müzakirə aparmışam. Oradakı seçki məntəqələri lazımi avadanlıqlarla təmin ediləcək".


SON XƏBƏRLƏR