• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

"Prius"  dəhşətli qəza törədib - Pakistan vətəndaşı ölüb - YENİLƏNİB

HADİSƏ

04 Iyul 2024 | 12:53

Prius  dəhşətli qəza törədib - Pakistan vətəndaşı ölüb - YENİLƏNİB

Kürdəmir rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, qəza nəticəsində ölən sərnişinin Pakistan vətəndaşı, 1977-ci il təvəllüdlü Xan Kamran Malik olduğu dəqiqləşdirilib.

Qəza zamanı xəsarət alanlar isə Göygöl sakini, 1991-ci il təvəllüdlü Cəfərov Ayxan Qabil oğlu və Pakistan vətəndaşı, X.K.Malikin həyat yoldaşı Amin Rabia Pakistanidir.

X.K.Malikin meyiti aidiyyəti üzrə təhvil verilib.

***

11:47

Kürdəmir rayonunda yol qəzası olub, ölən və xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib və aşıb.

Qəza zamanı bir Pakistan vətəndaşı hadisə yerində ölüb, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

06 Iyul 2024