• Bakı 26° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Tehranın nüvə doktrinası dəyişdiriləcək?

DÜNYA

02 Iyul 2024 | 20:32

Tehranın nüvə doktrinası dəyişdiriləcək?

"Ekzistensial təhlükə yaranarsa, Tehran nüvə doktrinasını yenidən nəzərdən keçirə bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın ruhani lideri ayətullah Əli Xameneinin müşaviri və İslam Respublikasının Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi deyib.

O, Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində vurğulayıb ki, İran nüvə silahının yaradılmasının əleyhinədir və Xamenei atom bombasının yaradılmasının islama zidd olduğunu bildirən fətva verib.

"Bununla belə, ekzistensial təhlükə ilə üzləşərsə, Tehran, təbii ki, öz doktrinasını dəyişməli olacaq", - deyə liderin müşaviri əlavə edib.

Xatırladaq ki, Xərrazi may ayında Qətərin "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə İranın mövcudluğuna dair təhlükə yaranarsa, Tehranın hərbi doktrinasını dəyişməkdən başqa yolunun qalmayacağını bildirib./oxu.az


SON XƏBƏRLƏR