• Bakı 29° C

    2.71 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Rəsulzadənin nəvəsi parlament seçkilərinə qatılır?

Gündəm

03 Iyul 2024 | 10:52

Rəsulzadənin nəvəsi parlament seçkilərinə qatılır?

Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. 2024-cü il sentyabr ayının 1-də qanunverici orqana seçkilər keçiriləcək.

Qarşıdakı parlament seçkilərinə əvvəlki illərlə müqayisədə cəmiyyətdə daha böyük maraq var. Yeni formalaşacaq Milli Məclisdən gözləntilər çoxdur. Nəzərə alsaq ki, yeni parlament həm də Zəfər Tariximizdən sonra ilk də dəfə formalaşcaq, o zaman gözləntilərin olması təbiidir və həm də bu, zərurətdən irəli gəlir.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın əməkdaşı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə əlaqə saxlayaraq, ondan seçkilərdə iştirak edib-etməyəcəyi haqda soruşub.

Saytımıza açıqlamasında Rais Rəsulzadə bildirib ki, bu barədə hələ fikirləşməyib.

"Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində namizədliyimi irəli sürməklə bağlı hələ heç nə fikirləşməmişəm. Ona görə bu barədə dəqiq bir şey deyə bilmərəm", - o bildirib.


SON XƏBƏRLƏR