• Bakı 29° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Türk Dövlətləri Təşkilatının Şuşa Zirvəsi: proqnozlar nələrdir?

SİYASƏT

05 Iyul 2024 | 13:33

Türk Dövlətləri Təşkilatının Şuşa Zirvəsi: proqnozlar nələrdir?

Türk Dövlətləri Təşkilatı türk dövlətlərinin inkişafının sübutu üçün önəmli rol oynayan qurumdur. Qurumun müzakirələri, gorüşləri bütün Türk dünyasında proseslərin dəyişməsi və inkişaf etməsi üçün əhəmiyyət kəsb edir.

İyulun 5-6-da həyata keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Sammiti isə bir başqa tarixi perspektivə malikdir. Bu iclasın Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi tədbirə olan marağı daha da artırır.

Bəs bu toplantı ilə bağlı proqnozlar nələrdir? Türk dünyasını hansı yeniliklər gözləyir? Nələr müzakirə ediləcək?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, ümumiyyətlə, bu təşkilat Türk dünyasının bütün sahələrdə bir-biri ilə sıx əməkdaşlıq etməsi üçün böyük işlər görür.

Onun sözlərinə görə, Şuşadakı qeyri-rəsmi Zirvə Sammiti həm təşkilatın formalaşması, həm də əlaqələrin daha da sıxlaşması üçün önəmli olacaq. Müsahibimiz bu görüşdə vacib qərarların veriləcəyi ilə bağlı proqnoz verib. Hesab edir ki, toplantıda müzakirə ediləcək məsələlər iqtisadi, mədəni və siyasi istiqamətdə ola bilər. 

“İqtisadi əlaqələrin genişlənməsi, viza məsələlərinin tətbiqi, ölkələr arasında gömrük rüsumlarının azaldılması kimi məsələlər bütün türk dövlətləri üçün maraqlıdır. Düşünürəm ki, gələcək perspektivlər üçün ortaq türk bankının və vahid maliyyə resurslarının formalaşdırılması vacib mövzudur, tədbirdə bu xüsuda müzakirələr aparılacaqdır. Bu addımların hamısı türk dünyasında dövlətlərarası iqtisadi əlaqələri genişləndirəcək”.

Mübariz Göyüşlü: Bu qurum Türk dünyasının bütün sahələrdə bir-biri ilə sıx əməkdaşlıq etməsi üçün böyük işlər görür

“Həmçinin, elm və təhsil sahəsində əməkdaşlıq mövzusunda münasibətlərin daha da sıxlaşdırılması görüşdə müzakirə edilən mövzulardan ola bilər”-, deyə Mübariz Göyüşlü əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR