• Bakı 29° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Millimizin üzvü Polşada klubunu dəyişir

İDMAN

05 Iyul 2024 | 15:02

Millimizin üzvü Polşada klubunu dəyişir

Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov tezliklə yeni klubu olan “Radomyak”la müqavilə imzalayacaq.

Bakıvaxtı.az  “Echo Dnia” portalına istinadən xəbər verir ki, bu klub onu yaxın günlərdə ictimaiyyətə təqdim edəcək. Hazırda Məmmədov viza məsələlərini həll edir.

Məhz bundan sonra millimizin üzvü Polşaya yollanacaq.

Xatırladaq ki, Məmmədov son 6 ayı Polşanın “LKS Lodz” klubunda keçirib.

Qeyd edək ki, "Radomyak" 2023/2024 mövsümündə Polşa yüksək liqasını 18 komanda arasında 15-ci pillədə başa vurub.


SON XƏBƏRLƏR