• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kotsoyev: Sevincdən üç gündür yatmıram

İDMAN

04 Avqust 2024 | 09:08 | Müəllif: Subhan Mahmudov

Kotsoyev: Sevincdən üç gündür yatmıram

Olimpiadanın qızıl mükafatçısı cüdoçu Zelim Kotsoyev sevincdən üç gün yata bilmədiyini deyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə idmançı Parisdən qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“Eyforidayam. Üçüncü gündür ki, sevincdən yata bilmirəm. Azərbaycana qızıl medal gətirə bildiyimə görə çox şadam”, – o söyləyib.

İdmançı onun üçün “dua edən, nigaran qalan, dəstəkləyənlərə qısamüddətli də olsa xoşbəxtlik verməkdən” məmnun olduğunu vurğulayıb.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı cüdoçular Bakıya qayıdıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026