• Bakı 16° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Güləşçimiz dünya çempionatında finala yüksəldi

İDMAN

02 Sentyabr 2024 | 23:16 | Müəllif: Subhan Mahmudov

Güləşçimiz dünya çempionatında finala yüksəldi

Azərbaycan güləşçisi Cocu Səmədov (87 kq) İspaniyanın Pontevedra şəhərində davam edən U-20 dünya çempionatında finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, o, 1/8 finalda serbiyalı Andriya Mixaloviç, 1/4 finalda ermənistanlı Ruben Gevorqyan, yarımfinalda isə qazaxıstanlı Temirlan Turdakin üzərində qələbə qazanaraq həlledici mərhələyə vəsiqə qazanıb.

Səmədovun finaldakı rəqibi qırğızıstanlı Asan Janişov olacaq.

Digər güləşçilərimizdən Rahim Həsənov (55 kq), Məhəmməd Şükürzadə (63 kq) və Məzaim Mərdanov (130 kq) isə bürünc medal uğrunda görüşə çxıacaq.

Qeyd edək ki, medal uğrunda görüşlər sabah keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026