• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ"ı məğlub etməyə çalışacağıq"- "Malmö"nün müdafiəçisi

İDMAN

02 Oktyabr 2024 | 20:05 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ı məğlub etməyə çalışacağıq"- "Malmö"nün müdafiəçisi

UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda "Qarabağ"ın qonağı olacaq "Malmö"nün futbolçusu Yens Striqer oyundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, İsveç təmsilçisinin müdafiəçisi belə danışıb:

"Uzun yol gəlmişik. Sabahkı oyunun çətin olacağını bilirik. Amma uduzmaq barədə düşünmürük. "Reyncers"lə oyundakı səhvləri təkrarlamaq niyyətində deyilik. Rəqibimizi məğlub etməyə çalışacağıq. "Qarabağ"la bağlı məlumatlar əldə etmişik. Rəqibin gücünə də bələdik. Lakin məğlub olmaq istəmirik".

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR