• Bakı C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Daha bir boksçumuz dünya birinciliyində finalda

İDMAN

01 Noyabr 2024 | 09:48

Daha bir boksçumuz dünya birinciliyində finalda

Azərbaycan millisinin daha bir boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bilalhəbaşi Nəzərovun (48 kq) ardınca Əli Abdullayev (63,5 kq) də yarımfinal görüşündən qalib ayrılıb.

O, finala gedən yolda Camel Cemmalı (Fransa) 4:1 (27:30, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. Boksçu qızıl medal uğrunda görüşdə Abdulaziz Jurakulovla (Özbəkistan) döyüşəcək.

Millinin digər üzvlərindən Məhəmmədəli Qasımzadə (60 kq) Platon Kozlova (Rusiya), Zidan Hümbətov (51 kq) Castin Morenaya (Kolumbiya) məğlub olduqları üçün bürünc medala yiyələniblər.

Qeyd edək ki, daha öncə Aynur Mikayılova (57 kq) dünya birinciliyini 3-cü yerdə başa vurub.


SON XƏBƏRLƏR