• Bakı 29° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

"Barselona" son 38 ildə ilk dəfə "Las Palmas"a məğlub oldu

İDMAN

30 Noyabr 2024 | 23:20

Barselona son 38 ildə ilk dəfə Las Palmasa məğlub oldu

“Las Palmas” futbol klubu 38 ildən sonra ilk dəfə İspaniya çempionatında “Barselona”nı məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, "Olimpiko" stadionunda keçirilən oyun 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

İlk qolu 49-cu dəqiqədə “Las Palmas”ın futbolçusu Sandro Rodriqes vursa da, tezliklə rəqib komandadan Rafinya hesabı bərabərləşdirib – 1:1.

Fabio Silva 69-cu dəqiqədə həlledici qolu vuraraq "Las Palmas"a qələbə qazandırıb.

Məğlubiyyətdən sonra "Barselona" hələ də İspaniya çempionatında birinci yerdə qalır, "Las Palmas" isə turnir cədvəlində daha yüksək pillələrdə qərarlaşıb və 14-cü yeri tutur.


SON XƏBƏRLƏR

20 Iyul 2025
19 Iyul 2025