Portuqaliya millisinin sabiq üzvü Mario Rui "Napoli"dən ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, 33 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qış transfer pəncərəsi zamanı Mario azad agent olacaq.
Qeyd edək ki, Mario Rui 2018-ci ildən "Napoli"də oynayır.