• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Qarabağ”ın oyununun biletləri satışa çıxarıldı

İDMAN

01 Noyabr 2024 | 13:35

“Qarabağ”ın oyununun biletləri satışa çıxarıldı

UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Bodo Qlimt” (Norveç) - “Qarabağ” matçında təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün biletlər satışa çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qarabağ”ın azarkeşlərə etdiyi müraciətdə qeyd olunub.

Biletlər bu gün saat 14:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışa çıxarılacaq.

Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü saat 14:00-dan 16:00-a kimi “Scandic Havet” (Address: Tollbugata 5, 8006 Bode, Norge) otelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidir. Biletlərin qiyməti 55 AZN-dir.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.

Qeyd edək ki, “Bodo Qlimt” - “Qarabağ” matçı noyabrın 7-si Bakı vaxtı ilə saat 21:45-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR