ABŞ-nin “İnter Mayami” klubunun argentinalı ulduzu Lionel Messi müsahibə verib.
Bakıvaxtı.az xəbər verir ki, insayder Fabritsio Romanoye danışan futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi işləmək istəmədiyini deyib:
“Karyeramı bitirdikdən sonra nə etmək istərdim? Bunu bilmirəm. Məşqçi olmaq istəməzdim. Amma hələ ki, bu dəqiq deyil. Mən hər günü ayrı yaşamağı sevən biriyəm. Ona görə də hələ ki, oynamaq barədə düşünürəm. Məşq etmək, əylənmək istəyirəm”.
















