• Bakı 14° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Şensnı "Barselona"da

İDMAN

02 Oktyabr 2024 | 19:00 | Müəllif: Subhan Mahmudov

Şensnı "Barselona"da

"Barselona" rəsmi saytı vasitəsi ilə Polşa millisinin sabiq qapıçısı Voytsex Şensnını sıralarına cəlb etdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 34 yaşlı qolkiperlə müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Avqustun sonunda karyerasını başa vuracağını açıqlayan Şensnı Mark-Andre ter Ştegenin yerinə qapıçı axtaran "Barselona"dan gələn təklifə görə futbola davam etmək qərarına gəlib.

Almaniyalı qolkiper dizindən ciddi zədə alıb və mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026