• Bakı 15° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Suares millidəki karyerasını bitirdi

İDMAN

03 Sentyabr 2024 | 09:08

Suares millidəki karyerasını bitirdi

ABŞ-nin "İnter Mayami" klubunun uruqvaylı futbolçusu və hücumçusu Luis Suares millidəki karyerasını başa vurduğunu açıqlayıb.

Bakıvaxtı.az bu barədə AFP agentliyinə istinadən xəbər verir.

“Cümə günü, sentyabrın 6-da ölkəmin milli komandasında son oyunum baş tutacaq”, - L.Suares bildirib.

Qeyd edək ki, Suaresin 37 yaşı var. O, Uruqvay millisində 137 oyun keçirib ki, bu da millinin tarixində ikincidir (Ən çox oyunu Dieqo Qodin keçirib - 161). Suares millinin heyətində 68 qol vurub və 39 məhsuldar ötürmə edib. 2011-ci ildə Uruqvay yığmasının tərkibində Amerika kubokunun qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026