• Bakı 12° C

    14.24 m/s

  • USD - 1.7

    EUR - 1.8522

    RUB - 0.0173

"Real Madrid" və "Bavariya" məğlub oldu

İDMAN

03 Oktyabr 2024 | 01:10

Real Madrid və Bavariya məğlub oldu

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turu başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, futbol azarkeşləri 9 oyuna şahidlik ediblər.

Almaniyanın “Bavariya” komandası İngiltərədə “Aston Villa”nın qonağı olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Gecənin digər gözlənilməz nəticəsi Fransada reallaşıb. "Lill" İspaniya "Real Madrid"ini minimal hesabla üstələyib - 1:0

“Liverpul” (İngiltərə) evdə “Bolonya”nı (İtaliya) 2:1, İtaliyanın digər təmsilçisi “Yuventus” isə səfərdə “Leyptsiq"i (Almaniya) 3:2 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

II tur

2 oktyabr

"Şaxtyor" (Ukrayna) - "Atalanta" (İtaliya) - 0:3

"Jirona" (İspaniya) - "Feyenoord" (Niderland) - 2:3

"Liverpul" (İngiltərə) - "Bolonya" (İtaliya) - 2:0

"Leyptsiq" (Almaniya) - "Yuventus" (İtaliya) - 2:3

"Benfika" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 4:0

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Monako" (Fransa) - 2:2

"Lill" (Fransa) - "Real" (İspaniya) - 1:0

"Aston Villa" (İngiltərə) - "Bavariya" (Almaniya) - 1:0

"Şturm" (Avstriya) - "Brügge" (Belçika) - 0:1

Qeyd edək ki, Liqa mərhələsinin III turu oktyabrın 22-də start götürəcək.


SON XƏBƏRLƏR

04 Noyabr 2024