• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Voleybol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli oldu

İDMAN

01 Noyabr 2024 | 21:34 | Müəllif: Subhan Mahmudov

Voleybol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli oldu

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda qadınların mübarizəsində finalçılar bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan ilk matçda “Gəncə” “Milli Aviasiya Akademiyası”nı 3:1 hesabı məğlub edərək həlledici oyuna vəsiqə qazanıb.

Günün ikinci görüşündə isə "Abşeron" "Azərreyl" kollektivinə eyni hesabla qalib gələrək adını finala yazdırıb.

Qeyd edək ki, "Gəncə" və "Abşeron" kollektivləri arasındakı final qarşılaşması noyabrın 4-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR