Klubların UEFA reytinqi açıqlanıb.
Bakıvaxtı.az unikal-a istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasında V, Konfrans Liqasında IV turun oyunları bəzi dəyişikliklərə səbəb olub.
Azərbaycan çempionu "Qarabağ"ın da mövqeyi dəyişib. Evdə "Lion"a 1:4 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 62-ci pillədə qərarlaşıb.
Ağdam klubunun hesabında 32,000 xal var. "Qarabağ" bir addım geriləyib. Plzen "Viktoriya"sı təmsilçimizi geridə qoyub.
"Neftçi" 8,000 xalla 175-ci yerə şərikdir. Digər klublarımız - "Zirə", "Sabah", "Sumqayıt" 4,000 xalla 310-cu, "Qəbələ" və "Şamaxı" 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır