• Bakı C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Yığmanın məşqçilərini zorakılıqda ittiham etdi - davamlı olaraq...

İDMAN

31 Dekabr 2024 | 10:37

Yığmanın məşqçilərini zorakılıqda ittiham etdi - davamlı olaraq...

2017-ci ildə bədii gimnastika üzrə dünya çempionatının bürünc mükafatçısı olmuş almaniyalı Tabea Alt, yığmanın məşqçilərini zorakılıqda ittiham edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançı sosial şəbəkələrdə məşqçilər tərəfindən pis rəftara məruz qaldığı barədə məlumat paylaşıb.

"Sağlamlığıma qarşı həkimlərin tövsiyələrinə məhəl qoymadan, bilərəkdən hərəkətlər edilirdi. Sınıqlarım olmasına baxmayaraq məni fiziki məşqlərə məcbur edirdilər və yarışlara göndərirdilər. Bu dəfələrlə baş verirdi. Qida pozuntuları, cəzalar, ağrıkəsicilərin istifadəsi, təhdidlər və təhqirlər gündəlik həyatımın bir hissəsi idi", - deyə o yazıb.

Almaniya Gimnastika Federasiyası 24 yaşlı idmançıya qarşı irəli sürülən fiziki və psixoloji zorakılıq ittihamları ilə bağlı araşdırma aparmaq niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, T.Alt 2021-ci ildə, 21 yaşında davamlı zədələr səbəbindən karyerasını başa vurub.


SON XƏBƏRLƏR

03 Yanvar 2025