• Bakı C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.7712

    RUB - 1.7128

"Qarabağ" Avropa Liqasında sonuncu oyununa çıxır

İDMAN

30 Yanvar 2025 | 09:17

Qarabağ Avropa Liqasında sonuncu oyununa çıxır

"Qarabağ" UEFA Avropa Liqasında bu gün Yunanıstanda yerli "Olimpiakos" klubu ilə üz-üzə gələcək.

Bakıvaxtı.az xəbər verir ki, Liqa mərhələsinin sonuncu - VIII turunun oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qarşılaşmanı rumıniyalı FIFA referisi Radu Petresku idarə edəcək.

Növbəti mərhələ şansını itirən "köhlən atlar" 3 xalla 34-cü pillədə qərarlaşıb. Pley-offa vəsiqəni təmin edən meydan sahibləri 12 xalla 12-ci sıradadır. Yunanların 1/8 finala yüksəlmək şansı da davam edir.

UEFA Avropa Liqası

Liqa mərhələsi

VIII tur

30 yanvar

00:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ"

Baş hakim: Radu Petresku.

Pirey. Georgios Karaiskakis stadionu


SON XƏBƏRLƏR