• Bakı 12° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

AFFA 4 klubu cəzalandırdı

İDMAN

28 Fevral 2025 | 12:12

AFFA 4 klubu cəzalandırdı

AFFA Misli Premyer Liqasının XXIV turunun oyunlarında yaşananlarla bağlı 4 klubu cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

1 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 37);

22 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Araz-Naxçıvan” – “Səbail” oyununda “Araz-Naxçıvan” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 37);

22 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Qarabağ” – “Sabah” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Qarabağ” klubu 500 manat cərimə edilsin (maddə 70.1);

23 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 37).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026