İngiltərənin "Liverpul" klubunun futbolçusu Luis Dias yayda İspaniya təmsilçisi "Atletiko"ya keçə bilər.
Bakıvaxtı.az "Fichajes"ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin transfer dönəmində əsas hədəflərindən biri 28 yaşlı hücumçunu heyətinə qatmaq olacaq.
Paytaxt klubu Antuan Qrizmannın MLS-ə getmək ehtimalının böyük olması səbəbindən bu mövqeni gücləndirmək niyyətindədir.
Luis Diasın Mersisayd təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. Lakin onun komandadakı gələcəyinə zəmanət verilmir. Klub 60-70 milyon avroluq təkliflərə açıqdır.
Qeyd edək ki, kolumbiyalı oyunçu cari mövsüm "Liverpul"da 38 matçda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.