• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Bakıda medal qazanan rusiyalı taekvondoçu diskvalifikasiya edilib

İDMAN

28 Fevral 2025 | 13:56 | Müəllif: Əli Hüseynov

Bakıda medal qazanan rusiyalı taekvondoçu diskvalifikasiya edilib

Bakıda medal qazanan rusiyalı taekvondoçu Yuliya Volkova antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, idmançı iki il müddətinə yarışlardan kənarlaşdırılıb.

Onun cəzasının müddəti 2026-cı il oktyabrın 31-də başa çatacaq. Beynəlxalq Test Agentliyi (ITA) idmançının 2014-cü ildə antidopinq qaydalarını pozduğunu bildirib.

Qeyd edək ki, 2014-cü ilə qədər Ukrayna millisini təmsil edən 45 yaşlı taekvondoçu Sankt-Peterburqda Avropa çempionatında fərdi, Bakıda isə komanda yarışlarının bürünc mükafatçısı olub. Yuliya Volkova 2019-cu ildə Rusiya çempionatında gümüş medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026