• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Barselona" Tomas Partini transfer edə bilər

İDMAN

31 Dekabr 2024 | 09:30

Barselona Tomas Partini transfer edə bilər

"Barselona"nın yaxın vaxtlardakı transfer hədəflərindən biri "Arsenal"ın dayaq yarımmüdafiəçisi Tomas Parti ola bilər.

Bakıvaxtı.az-ın "Mundo Deportivo"ya istinadən verdiyi xəbərə görə, komanda onu gələn yay azad agentə çevriləndən sonra heyətinə qatmağa çalışacaq.

Bu profildən yeni oyunçu axtarışına səbəb “Barselona”nın Frenki de Yonqun oyununu klubun ümid etdiyi səviyyəyə yüksəldəcəyinə inanmamasıdır.

De Yonq 2019-cu ilin yayında "Ayaks"dan "Barsa"ya keçib.

Parti 2020-ci ilin payızında "Atletiko Madrid"dən "Arsenal"a keçib. Bu mövsüm 25 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı 31 yaşlı Partinin 15 milyon avro qiymətləndirir.


SON XƏBƏRLƏR

18 Aprel 2025