• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Barselona"nın üzvü La Liqada oktyabrın ən yaxşı oyunçusu seçilib

İDMAN

01 Noyabr 2024 | 22:32 | Müəllif: Subhan Mahmudov

"Barselona"nın üzvü La Liqada oktyabrın ən yaxşı oyunçusu seçilib

İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski La Liqada oktyabrın ən yaxşı oyunçusu seçilib.

Bakıvaxtı.az xəbər verir ki, 36 yaşlı futbolçu ötən ay "Alaves"lə matçda het-trik edib, "Sevilya" və "Real"la (Madrid) görüşlərdə isə dubla imza atıb.

Ümumilikdə 7 qola imza atan forvard ayın oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, Levandovski ilə yanaşı Vinisius Junior (“Real” Madrid), Antuan Qrizmann (“Atletiko” Madrid), Aleks Berenqer (“Atletik” Bilbao) və Mikel Oyarzabal (“Real Sosyedad”) bu ad uğrunda mübarizə aparıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026