• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

MDB: Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməyə hazırıq

SİYASƏT

05 Iyul 2024 | 17:14

MDB: Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi göndərməyə hazırıq

MDB müşahidəçilər missiyası rəsmi dəvətdən sonra Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin monitorinqində iştirak etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

"Biz rəsmi dəvət gözləyirik və dərhal missiyanın formalaşmasına başlayacağıq", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.Report


SON XƏBƏRLƏR