• Bakı 29° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Aİ Rusiya prezidenti ilə rəsmi danışıqları qadağan edir

DÜNYA

05 Iyul 2024 | 13:47

Aİ Rusiya prezidenti ilə rəsmi danışıqları qadağan edir

Avropa İttifaqı (Aİ) Rusiya prezidenti Vladimir Putinlə rəsmi şəkildə danışıqları qadağan edir.

Bakıvaxtı.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel açıqlama verib.

Onun sözlərinə görə, Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya potensial səfərdə Aİ-ni təmsil etmək hüququ yoxdur, baxmayaraq ki, hazırda Budapeşt Aİ Şurasına sədrlik edir:

"Baş nazir Orban Aİ Şurasından Moskvaya səfər etmək üçün heç bir mandat almayıb", - Borel qeyd edib.

O vurğulayıb ki, Aİ-nin Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı mövqeyi Aİ ilə prezident Putin arasında rəsmi təmasları istisna edir:

"Baş nazir Viktor Orbanın Moskvaya səfəri eksklüziv olaraq Macarıstan və Rusiya arasında ikitərəfli münasibətlər çərçivəsində baş verir", - Aİ-nin baş diplomatı bildirib.

Borel vurğulayıb ki, Macarıstanın hazırda Aİ Şurasına sədrlik etməsi ona ittifaqı beynəlxalq arenada təmsil etmək hüququ vermir, bu məsuliyyəti onun özü də Avropa İttifaqı Şurasının sədri Çarlz Mişellə bölüşür.

Qeyd edək ki, Boreli oktyabrda Kaja Kallas, dekabrda isə Mişeli Antonio Kosta əvəz edəcək.

Günel Abbas


SON XƏBƏRLƏR