• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Putinlə Orban arasında danışıqlar başlayıb - YENİLƏNİB

DÜNYA

05 Iyul 2024 | 14:42

Putinlə Orban arasında danışıqlar başlayıb - YENİLƏNİB

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Macarıstan baş naziri Viktor Orban arasında görüş başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putin-Orban ikitərəfli danışıqları Kremldə keçirilir.

Danışıqlarda Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması müzakirə olunur.

***

14:17

Macarıstanın baş naziri Viktor Orban Moskvaya səfərinin məqsədini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Belə ki, o bildirib ki, Moskvaya səfəri “sülh missiyasını” davam etdirmək üçün növbəti addımdır.

“Sülh missiyası davam edir. Növbəti dayanacaq Moskvadır”.

Mina Mikayılova


SON XƏBƏRLƏR