• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

İsti temperatur diskomfortu gözlənilir

CƏMİYYƏT

05 Iyul 2024 | 14:20

İsti temperatur diskomfortu gözlənilir

Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur. Bu gün havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 33-38, dağlıq rayonlarda 22-27 dərəcə isti təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

    Onun sözlərinə görə, isti hava şəraitinin iyulun 6-da da davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

    N.Məmmədov qeyd edib ki, iyulun 6-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava şərai fonunda isti temperatur diskomfortu gözlənilir: 

    "Bu da meteohəssas insanlar üçün əlverişsizdir".

    Xidmət rəisi günorta vaxtı açıq havada uzun müddət qalmağı məsləhət görmür.


    SON XƏBƏRLƏR