• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Dünən MİQ-də yüksək bal toplayanlar onlardır - FOTOLAR

CƏMİYYƏT

05 Iyul 2024 | 14:37

Dünən MİQ-də yüksək bal toplayanlar onlardır - FOTOLAR

4 iyul tarixində təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə riyaziyyat və kimya fənləri üzrə 7 199 namizəd dəvət olunub. Ümumilikdə 80% davamiyyət qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, riyaziyyat və kimya fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Dünənki imtahanlarda da yüksək bal toplayanlar qeydə alınıb.

MİQ imtahanlarının 3-cü günündə riyaziyyat və kimya fənləri üzrə yüksək bal toplayan namizədlərin bir qismini təqdim edirik:


SON XƏBƏRLƏR