• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Qazaxıstanda hərbi hissədə zəhərlənmə

DÜNYA

05 Iyul 2024 | 17:12

Qazaxıstanda hərbi hissədə zəhərlənmə

Qazaxıstanda hərbi hissədə zəhərlənmə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi “Telegram”da paylaşım edib.

Məlumata görə, Arısdakı hərbi hissədə kanalizasiya sistemini təmizləyərkən 3 nəfər qazdan zəhərlənib.

Bildirilib ki, hadisə iş görərkən ehtiyatsızlıqdan quyuya düşən Şımkent regional əməliyyat bölməsinin işçisini xilas edərkən baş verib.

Belə ki, onun köməyinə gələn iki fəhlə və iki müqaviləli hərbçi də vəziyyətləri pisləşdiyi üçün su səthinə çıxa bilməyib.

Mina Mikayılova


SON XƏBƏRLƏR