• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Rusiya “Yars” ballistik raketləri ilə təlim keçirir

DÜNYA

05 Iyul 2024 | 16:04

Rusiya “Yars” ballistik raketləri ilə təlim keçirir

Rusiya Müdafiə Nazirliyi nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketi ilə təlim keçirildiyini açıqlayıb.

Bakivaxti.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən yazılı açıqlamada daha əvvəl planlaşdırılan təlimin təşkil edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, təlim çərçivəsində “Yars” qurudan atılan raket kompleksləri ilə müxtəlif manevrlər həyata keçirilib.

Qeyd edək ki, nüvə hücumu da həyata keçirə bilən və təxminən 12 min kilometr uzağı nişan almaq gücünə sahib olan “Yars” raketinin müdafiə sistemləri tərəfindən aşkarlana bilmədiyi və eyni anda 3 ilə 6 arasında hədəfi vura bilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR