• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Nazirlər Kabinetindən dəmiryol nəqliyyatı barədə daha bir QƏRAR

Gündəm

05 Iyul 2024 | 12:05

Nazirlər Kabinetindən dəmiryol nəqliyyatı barədə daha bir QƏRAR

Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsvirinin, spesifikasiyasının, nümunəsinin və verilməsi qaydasının təsdiq edilməsi haqqında qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsviri”, “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin spesifikasiyası”, “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin nümunəsi”, “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin verilməsi Qaydası” təsdiq edilib.


SON XƏBƏRLƏR