• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

"Bozqurd" simvolunun sirri nədir? – Tarixçi açıqladı

DÜNYA

05 Iyul 2024 | 13:25

Bozqurd simvolunun sirri nədir? – Tarixçi açıqladı

Boz Qurd simvolu ilə bağlı ən diqqət çəkən sənəd Vatikan arxivində aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Merih Dəmiralın Avstriya matçında vurduğu qoldan sonra boz qurd işarəsi ilə bağlı davam edən müzakirələr fonunda Tarix Araşdırmaçısı Dr. Mehmet Tütüncü diqqət çəkən bir sənədi gündəmə gətirib.

Belə ki, araşdırmaçı Vatikan arxivindən 1307-ci ildə Venesiyalı Marino Sanudo de Torsello tərəfindən yazılmış "Müqəddəs Xaçda İnananların Gizli Tarixi və ya Qüdsün Yenidən Fəth Tarixi" adlı əlyazma tapıb.

Tütüncü milli matçdan ardından başlayan müzakirələrdən sonra məlumat verib ki, sənəddə də göstərildiyi kimi Boz Qurd mifoloji olaraq türklərin simvoludur:

“Bu simvolun 20-ci əsrdə Atatürkün səyləri ilə ortaya çıxdığını və mifoloji olaraq Ergenekonla bağlı olduğunu bilirik. Monqolustanda yerləşir və eramızdan əvvəl 580-ci ilə aid olan Buğut Yazısı , qurd anasından süd əmən iki türk uşağını təsvir edən ən qədim təsvirdir. Vatikan Kitabxanasında tarixdə türklərin simvolunu təsdiq edən əlyazmada “Türklər iki yerdə boz qurdlar kimi təsvir edilmişdir” ifadəsi də var”, - deyə o qeyd edib.

Günel Abbas

 


SON XƏBƏRLƏR