• Bakı 29° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Aktiv peyklərin sayı 9 mini keçib

DÜNYA

05 Iyul 2024 | 17:47

Aktiv peyklərin sayı 9 mini keçib

2023-cü ilin sonuna qədər orbitə buraxılan peykləri n sayı 9 mini keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dünya Peyk Sənayesi Assosiasiyası açıqlama verib.

Açıqlamada son 5 ildə orbitə buraxılan peyklərin sayında 361 faiz artımın müşahidə edildiyi bildirilib. 

Qeyd edilib ki, orbitdə olan peyklərin 69 faizi kommersiya əlaqəsi, 12 faizi uzaqdan zondlama, 9 faizi isə təhqiqatlar məqsədilə istifadə edilir. 

Aktiv peyklər arasında hökumət rabitəsi və hərbi müşahidə üçün fəaliyyət göstərənlər üç faiz, naviqasiya və elmi sahələrdə fəaliyyət göstərənlər isə iki faiz təşkil edib.

Ən çox peyk sayında lider ölkə isə ABŞ-dır. Birləşmiş Ştatların hazırda 6000-dən çox peyki mövcuddur.

Əli Hüseynov


SON XƏBƏRLƏR