• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Sülhə mane olan ən ciddi məsələ: Konstitusiya dəyişməsə, gələcəkdə problem yarada bilər

SİYASƏT

05 Iyul 2024 | 15:50

Sülhə mane olan ən ciddi məsələ: Konstitusiya dəyişməsə, gələcəkdə problem yarada bilər

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasını ziddiyyətli adlandırıb. Onun sözlərinə görə, indiki konstitusiya dərin sosial-psixoloji qarşıdurma içindədir:

"Ermənistan vətəndaşı hesab etmir ki, konstitusiya onun özü və qonşusu, icması, dövlətinin digər sakinləri ilə yaşamaq qaydalarına dair anlayış və razılığını ifadə edir. Vətəndaş hesab edir ki, həmin mətni hakim elita (keçmiş hakimiyyət – red.) yaradıb, onun qəbul olunduğunu bəyan edib. İnanıram ki, bu, ölkəmiz üçün əsas problemdir və ölkəmizə yeni konstitusiya lazımdır. Mən hazırda yeni mətndən çox onun yaradılması və qəbulunun yeni üsulundan danışıram".

Ermənistan rəhbəri konstitusiya dəyişikliyi məsələsinin gündəmdə olduğunu qeyd edib:

“Bu mövzu indi həm daxildə, həm də xaricdə çox müzakirə olunur. Amma biz öz dövlətimizi, Ermənistan Respublikasını gücləndirmək, onu institusional, psixoloji və fiziki cəhətdən toxunulmaz etmək üçün yolumuza davam etməliyik”.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, hazırda sülh sazişi qarşısında duran ən ciddi məsələ Ermənistanın mövcud konstitusiyasıdır.

Analitik vurğulayıb ki, yekun və qalıcı sülh üçün ermənilər öz konstitusiyalarında dəyişiklik etməlidirlər:

"Çünki onların qanunvericiliyində Azərbaycan və Türkiyəyə ərazi iddiaları yer almaqdadır. Konstitusiyanın preambula hissəsində Qarabağa iddia edilir. Həmçinin, Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı da müddəalar var. Ermənistanın gerbində hələ də Türkiyənin Ağrı dağının təsviri əks olunmaqdadır. Bunların sülh prosesinə mane olması Ermənistan rəhbərliyi tərəfindən də etiraf edilir”.

Müsahibimiz hesab edir ki, o baxımdan Ermənistanın konstitusiya dəyişikliyi sülhün sazişinin daha möhkəm və etibarlı olmasına şərait yaradacaq. Onun sözlərinə görə, ən əsası isə gələcəkdə Ermənistan tərəfindən hansısa problemlə üzləşməmək üçün də nifrət və düşmənçilik üzərində formalaş qanunvericiliyin dəyişməsi labüddür.

Turav Rzayev, politolq

Həmsöhbətimiz vurğulayıb ki, İrəvan mövcud konstitusiyanı dəyişmədən sülh müqaviləsinə imza atarsa, bu, gələcəkdə problem yarada bilər:

"Revanşistlər hakimiyyəti ələ keçirdikləri təqdirdə sazişi rahatlıqla tanımadıqlarını bəyan edəcəklər. Müqavilənin "konstitusiyaya zidd olduğunu" iddia edərək Azərbaycanla münasibətləri korlayacaqlar. Revanşistlər, radikal müxalifət bunu indidən öz siyasi platformalarında elan ediblər. Məsələni kökündən həll etmək üçün Paşinyan hökuməti ən tez zamanda konstitusiyanı dəyişdirməli, sonrakı illərdə revanşizmin xortlamasına imkan verməməlidir".

Aydın Baxış


SON XƏBƏRLƏR