• Bakı 29° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Putin Aİ-yə cavab verdi: Orban Moskvaya Aİ Şurasının sədri kimi səfər edib

DÜNYA

05 Iyul 2024 | 16:26

Putin Aİ-yə cavab verdi: Orban Moskvaya Aİ Şurasının sədri kimi səfər edib

Macarıstanın baş naziri Viktor Orban Moskvaya təkcə uzunmüddətli tərəfdaş kimi deyil, həm də Aİ Şurasının sədri kimi gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin iki liderin görüşündə bildirib.

"Hörmətli cənab Baş nazir, hörmətli həmkarlar, Moskvaya, Rusiyaya xoş gəlmisiniz. Mən başa düşürəm ki, siz bu dəfə təkcə bizim çoxillik tərəfdaşımız kimi deyil, həm də Avropa İttifaqı Şurasının prezidenti kimi gəlmisiniz", - prezident deyib.

Qeyd edək ki, Macarıstan hökuməti Ukrayna böhranının həlli yollarını axtarmaq kimi Rusiya ilə kommunikasiya kanallarının açıq saxlanmasının zəruriliyini dəfələrlə bəyan edib.

Günel Abbas

 


SON XƏBƏRLƏR