• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı bu Sazişi təsdiqlədi

İQTİSADİYYAT

08 Iyul 2024 | 11:34

İlham Əliyev Azərbaycanla Türkiyə arasındakı bu Sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərmanı imzalayıb.

Fərmana əsasən, 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilib.

Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024