• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

AMB İnvestisiya siyasətini açıqladı

İQTİSADİYYAT

07 Avqust 2024 | 11:03

AMB İnvestisiya siyasətini açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya siyasətini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, MB-dən bildirilib ki, konservativ investor kimi yalnız sabit gəlirli qiymətli kağızlara investisiya edilir. Bu baxımdan səhm, daşınmaz əmlak, o cümlədən qızıl kimi digər aktiv növlərinə hələ ki investisiya edilmir.

    Mərkəzi Bankın valyuta aktivlərinin cari bölgüsünə gəldikdə bildirilib ki, bu əsasən investisiya reytinqli dövlət və kvazi-dövlət istiqrazlarından, habelə pul bazarı alətlərindən ibarətdir.

    Qeyd edək ki, bu il iyul ayının 31-nə AMB-nin valyuta ehtiyatları 11 mlrd. 765.7 mln. ABŞ dollarına çatıb ki, bu da 2015-ci ildən sonra ən yüksək göstəricidir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    16 Noyabr 2026