• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bir sıra bəyannamələrin tərtib olunması qaydaları təsdiq edilib

İQTİSADİYYAT

07 Avqust 2024 | 10:01

Bir sıra bəyannamələrin tərtib olunması qaydaları təsdiq edilib

Bu il mayın 21-də Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bəzi bəyannamələrin, həmçinin onların əlavələrinin formalarında və tərtib olunması qaydalarında müvafiq dəyişiklikləri təsdiq edib.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, yeni redaksiyada təsdiq edilmiş bəyannamə formaları aşağıdakılardır:

  • Əlavə dəyər vergisinin bəyannaməsi (onun 7 nömrəli Əlavəsi) və tərtib edilməsi qaydası;
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi və onun tərtib edilməsi qaydası;
  • ƏDV məqsədləri üçün qeydiyyata alınmayan şəxslər tərəfindən qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi və onun tərtib edilməsi qaydası.

Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR