• Bakı 13° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Orta Dəhlizlə yükdaşımalar 62 % artıb

İQTİSADİYYAT

06 Avqust 2024 | 09:58

Orta Dəhlizlə yükdaşımalar 62 % artıb

Bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) 2,5 milyon ton yük daşınıb.

Bakıvaxtı.az Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62 % çoxdur.

Nazirlik bu il TBNM vasitəsilə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır.

2023-cü ildə Orta Dəhlizlə yükdaşımalar 2022-ci illə müqayisədə 65 % artaraq 2,7 milyon ton təşkil edib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026