• Bakı 28° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Azərbaycana turist axını artıb

İQTİSADİYYAT

04 Sentyabr 2024 | 11:16

Azərbaycana turist axını artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 344 min 260 xarici vətəndaş səfər edib.

Bakıvaxtı.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur.

Təkcə avqust ayında ölkəyə 245 337 nəfər gəlib. Bu da ötənilki göstəriciyə nisbətən 23 % çoxdur.

Ötən ay Azərbaycana ən çox turist 63 339 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (34 174 nəfər), üçüncü yerdə isə Hindistan (21 137 nəfər) qərarlaşıb.

Bu dövrdə İrandan 17,6 min, Səudiyyə Ərəbistandan 13,5 min, Gürcüstandan 9,9 min, Pakistandan 9,3 min, Qazaxıstandan 9,3 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Küveytdən 5,1 min, Çindən 4,9 min, Omandan 4,6 min, Özbəkistandan 4,2 min, İsraildən 4 min, Ukraynadan 3,4 min turist gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026