2024-cü ilin ilk 9 ayında Monqolustanın ümumi xarici borcu 5,4 faiz artaraq 34,9 milyard dollara çatıb.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Monqolustanın Milli Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, bu göstəriciyə birbaşa xarici investisiyaların və ya şirkətlərarası kreditləşmənin daxilolmalarının 17,5 faiz artması birbaşa təsir edib. Monqolustanın xarici borcunun 21,8 faizi birbaşa investisiya və ya şirkətlərarası kreditləşmədən ibarətdir. Qalanı isə Mərkəzi Bankın və digər əmanət qurumlarının borclarıdır.
Beynəlxalq reytinq agentliyi "Fitch Ratings"in məlumatına görə, Monqolustan 2024-2027-ci illərdə xarici borcuna xidmət üçün ildə orta hesabla 975 milyon ABŞ dolları ödəyəcək.
Gülşən Şərif








jpg-1730443178.webp)


jpg-1730441007.webp)
jpg-1730440015.webp)

jpg-1730382174.webp)

