• Bakı 20° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Avrozonada inflyasiya 2 faizdən aşağı düşüb

İQTİSADİYYAT

01 Oktyabr 2024 | 16:38

Avrozonada inflyasiya 2 faizdən aşağı düşüb

Avrozonada inflyasiya 2021-ci ildən sonra ilk dəfə olaraq 1,8% olaraq qeydə alınıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, "Eurostat" statistika qurumunun açıqlamasında yer alıb.

Məlumata görə, avrozonada istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artıb. Xüsusən də avrodan istifadə edən ölkələrdə inflyasiyanın aşağı düşməsi qeydə alınıb.

İqtisadçıların proqnozuna görə, Avropa Mərkəzi Bankı oktyabr ayında yenidən faiz dərəcələrini aşağı sala bilər.

Qeyd edək ki, Avropa ölkələrindən Avstriya, Belçika, Xorvatiya, Almaniya, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya və Kipr milli valyuta kimi avrodan istifadə edir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

07 Oktyabr 2024