2024-ci ilin üçüncü rübdə Aİ-nin Ümumi daxili məhsulu (ÜDM) 0,3 faiz artaraq ikinci rübdəki tempi qoruyub.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, Eurostatın (Aİ statistika xidməti) hesabatında yer alıb.
Statistikaya görə, avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniya ikinci rübdəki daralmasını geri götürərək 0,2 faiz artıb. Fransa və İspaniyada artım tempi 0,4 faiz təşkil edib.
Analitiklərə görə, avrozonanın iqtisadiyyatı hazırda ləng olaraq qalır.
Gülşən Şərif
















