• Bakı C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

İran və Rusiyadan gözlənilməz Zəngəzur yanaşması

İQTİSADİYYAT

29 Noyabr 2024 | 22:31

İran və Rusiyadan gözlənilməz Zəngəzur yanaşması

Son vaxtlar siyasətçilər Zəngəzur dəhlizi ifadəsini işlətmirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Füzuli Qurbanov deyib.

“Bu o demək deyil ki, sözügedən məsələ gündəmdən çıxıb. Əksinə, yeni səviyyədə, daha qlobal miqyasda aktualdır. Onun reallaşma imkanı daha da artıb. Zəngəzur dəhlizinin açılması məsələsi ilə daha çox Türkiyə məşğul olur. Azərbaycan-Türkiyə, Azərbaycan-ABŞ, Vaşinqton-Ankara münasibətlərinin müsbət dəyişimi həm də Zəngəzur dəhlizi ilə bağlı ortaq mövqeyə gəlməyə imkan yaradır. Rusiya bütün hallarda Zəngəzur dəhlizini dəstəkləyən ölkədir. Dəhlizin açılması Moskvanın maraqlarına tam uyğundur.

İranın Azərbaycanla münasibətlərində müsbət tendensiyaların özünü göstərməsi Zəngəzur dəhlizi məsələsində rəsmi Bakının manevr imkanlarını artırır. Təbii ki, burada Ermənistanın da atdığı addımların əhəmiyyəti var. Hər bir halda proseslər Zəngəzur dəhlizinin açılması istiqamətində irəliləyir”, - o bildirib.


SON XƏBƏRLƏR