• Bakı C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

DİM ötən il 4 milyon manata yaxın xalis mənfəət əldə edib

İQTİSADİYYAT

29 Dekabr 2024 | 16:32

DİM ötən il 4 milyon manata yaxın xalis mənfəət əldə edib

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ili 3,739 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, DİM 2022-ci ildən 1,623 milyon manat xalis zərərlə çıxmışdı.

Bakıvaxtı.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il DİM-in əməliyyat gəlirləri 38,983 milyon manat (əvvəlki ilə nisbətən 83,4 % çox), mal-material ehtiyyatları üzrə qiymətdəndüşmənin bərpası üzrə gəlirləri 121 min manat (3,2 dəfə az), investisiya gəlirləri 33 min manat (2,5 dəfə çox), digər gəlirləri 10 min manat (149,2 dəfə az), işçi heyəti üzrə xərcləri 21,777 milyon manat (34,8 % çox), amortizasiya xərcləri 2,907 milyon manat (6,4 % az), çap və redaktə xərcləri 5,949 milyon manat (4,1 dəfə çox), təmir və texniki qulluq xərcləri 514 min manat (6 % az), icarə xərcləri 292 min manat (29 % az), mühafizə xərcləri 255 min manat (3,4 % az), ehtiyyatların silinməsi xərcləri 284 min manat (əvvəlki il olmayıb), material xərcləri 778 min manat (33,2 %), ezamiyyə xərcləri 148 min manat (32,1 % az), digər xərcləri 1,695 milyon manat (54 % çox), mənfəət vergisi ödəmələri 676 min manat (40 dəfə çox), digər vergi ödəmələri isə 133 min manat (33,5 % az) təşkil edib.

Bu il yanvarın 1-nə DİM-in aktivləri 47,228 milyon manat olub ki, bu da illik müqayisədə 18,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 51,2 % artaraq 1,971 milyon manata, balans kapitalı isə 17,1 % artaraq 45,257 milyon manata çatıb.

DİM ölkə Prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.


SON XƏBƏRLƏR

31 Dekabr 2024