Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesi sektorunda çalışanların orta aylıq maaşı 3 572 manata çatıb.
Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 192,2 manat (5,84%) çoxdur.
Bu sahədə dövlət sektorunda işləyənlərin maaşı son bir il ərzində 67,1 manat və ya 3,04% artaraq 2 270,3 manata çatıb.
Bu sektorda özəl sektorda çalışanların orta aylıq maaşı isə 249,7 manat və ya 6,23% artaraq 4 254,8 manata yüksəlib.