Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 703 min 180 kiloqram qabıqlı şabalıd gətirilib.
Bakıvaxtı.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsul idxalına 1 milyon 472 min 720 ABŞ dolları vəsait xərclənib. İdxal olunan məhsulun bir kiloqramının orta qiyməti 2,09 dollar (3 manat 56 qəpik) təşkil edib.
Şabalıd qabıqlıMiqdar (ton)Məbləğ (min ABŞ dolları)Bir kiloqram üçün orta qiymət (manat)
Bəhs olunan dövrdə Azərbaycandan bir ölkəyə şabalıd ixrac olunub. Rusiyaya 1 170 dollar dəyərində, 390 kiloqram miqdarında şabalıd satılıb ki, bunun da bir kiloqramının orta qiyməti 3 dollar (5 manat 10 qəpik) olub.
Rəsmi mənbələrdə olan məlumata görə Azərbaycanda pərakəndə ticarət mərkəzlərində satılan idxal şabalıdın bir kiloqramının orta qiyməti 11 manat 16 qəpik təşkil edib. Bu da, idxal olunan qiymətdən 7 manat 60 qəpik (3 dəfədən çox) bahadır.Valyuta.az